İran ordusu döyüş hazırlığını saxlayır: "Atəşkəs pozulsa, cavabımız sarsıdıcı olacaq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Ali Rəhbərinin müşaviri Əliəkbər Vilayəti ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində qaldığını bəyan edib. O bildirib ki, "yəhudi-ərəb-amerika cəbhəsi" tərəfindən hər hansı bir strateji səhvə yol verilərsə və ya atəşkəs rejimi pozularsa, İran tərəfi dərhal qətiyyətli və çəkdindirici cavab verəcək.

Vilayəti həmçinin vurğulayıb ki, yeni dünya düzənində və çoxqütblü sistemə keçid mərhələsində İran artıq sadəcə bir dövlət deyil, "İslam güc qütbünün mərkəzi" statusundadır.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ və İran, Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İsrail də bu razılaşmaya qoşulduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31