Livan prezidentindən atəşkəslə bağlı xüsusi mesaj – İsrail detalı

"ABŞ və İran arasında 15 günlük atəşkəsin elan olunması müsbət addımdır".Globalinfo.az xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib. 

O bildirib ki, Livan regional sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcək və razılaşdırılmış prinsiplər əsasında hərəkət edəcək.

Qeyd edək ki, İsrailin ABŞ və İran arasında əldə olunan razılaşmanı dəstəkləməsinə baxmayaraq, Livanda "Hizbullah" qruplaşmasına qarşı əməliyyatları davam etdirəcəyi vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31