Arzu Qazıyeva: İran son anda geri çəkildi – atəşkəs qərarı “məcburi qələbə” kimi təqdim olunur

Olaylar.az xəbər verir ki, jurnalist Arzu Qazıyeva şəxsi Facebook hesabında İranla bağlı diqqətçəkən iddialar səsləndirib.

Qazıyeva paylaşımında bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri-nə məxsus B-52 Stratofortress ağır bombardmançı təyyarəsi Böyük Britaniyadakı hərbi bazadan havaya qalxdıqdan sonra hadisələrin gedişi sürətlə dəyişib. Onun iddiasına görə, təyyarənin hədəfə çatmasına təxminən 6 saat qalmış SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) Pakistan və Çin vasitəsilə atəşkəsə razılıq verdiyini Vaşinqtona çatdırıb.

Müəllifin fikrincə, bu addım İran daxilində fərqli şəkildə təqdim olunur. O qeyd edir ki, rəsmi dairələr və daxili auditoriya bunu "qələbə" kimi qiymətləndirir. Qazıyeva vurğulayır ki, "İranın bir gecədə yer üzündən silinməməsi" və SEPAH-ın son anda geri çəkilərək reallığı qəbul etməsi indiki mərhələdə "ilk qələbə" kimi təqdim edilir.

Paylaşımda həmçinin bildirilir ki, Tehran üçün əsas dönüş nöqtəsi məhz hərbi eskalasiyanın qarşısını almaq və danışıqlara razılıq vermək olub. Müəllif bunu "geri addım" kimi xarakterizə edir və hazırkı vəziyyətin hələlik bu mərhələdə dayandığını qeyd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31