Tehran ABŞ-yə dəstək verən ölkələrə xəbərdarlıq etdi – ÖZƏL
16:05 SiyasətOlaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin İrana qarşı hücumlarında hər hansı formada iştirak edən və ya Vaşinqtona kömək edən hər bir dövlət buna görə məsuliyyət daşıyacaq.
Bəqai vurğulayıb ki, ABŞ-nin "cinayətlərinə" şərik olan bütün ölkələr öz hərəkətlərinə görə cavab verməli olacaqlar. Rəsmi Tehran digər dövlətləri Vaşinqtonla hərbi əməkdaşlığın ağır nəticələri barədə xəbərdar edib.
Qeyd edək ki, məlumatı İranın "Fars" agentliyi yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31