Gürcüstan-Azərbaycan münasibətləri hər zaman sabitliyin və sülhün dayağı olub - Viktor Kipiani

Gürcüstan-Azərbaycan münasibətləri hər zaman sabitliyin və sülhün dayağı olub.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Tbilisidə jurnalistlərə Gürcüstanın "Geocase" analitik mərkəzinin sədri Viktor Kipiani bildirib.

"Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin zəngin irsi . Cənubi Qafqaz regionundan söz düşərkən, gürcü-azərbaycan münasibətləri həmişə sabitliyin, sülhün və səmərəli əməkdaşlığın əsas dayağı olub. Lakin dünya dəyişir, yeni tendensiyalar yaranır və bu tərəfdaşlığın daha rəqabətədavamlı , daha möhkəm və daha modernləşdirilmiş formada necə inkişaf edə biləcəyini müzakirə etmək zəruridir. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində məhz bu məsələlər müzakirə olunacaq", - deyə o bildirib.

Kipiani qeyd edib ki, Azərbaycan tərəfinin belə yüksək səviyyəli istənilən səfəri emosional komponent daşıyır.

Daha sonra mövcud geosiyasi vəziyyətdə qarşılıqlı fəaliyyətə toxunan Kipiani bildirib ki, bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq heç vaxt olmadığı qədər aktualdır.

"Məncə, daha da fəallaşmağın vaxtı çatıb. Azərbaycan və Gürcüstana gəldikdə isə, bizi birləşdirən emosional amillər və müəyyən tarixi keçmiş sayəsində biz bir-birimizi ən yaxşı şəkildə anlayırıq", - deyə Kipiani əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31