İlham Əliyev: Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inamla inkişaf edəcək
14:25 SiyasətƏminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək. Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında deyib.
"Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik", - deyə dövlətimizin başçısı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31