Xamenei əməliyyat otağında - İlk dəfə belə görüntüləndi

İranın yeni dini lideri Müctəba Xameneinin ilk dəfə hərbi əməliyyatlar mərkəzini ziyarət etdiyini göstərən video yayılıb. Milli.Az xəbər verir ki, İsraildəki Dimona nüvə obyektinin görüntüləri və koordinatlarını özündə əks etdirən video böyük diqqət çəkib. 

İran mediasında yayılan görüntülərdə Müctəba Xameneinin hərbi rəsmilərin müşayiəti ilə əməliyyat otağına girdiyi görünür. Videoda ən diqqət çəkən element otaqdakı böyük ekranda İsraildəki Dimona nüvə reaktoruna aid olduğu iddia edilən görüntülər və koordinatların nümayiş olunmasıdır. 

Ekspertlər bunu İsrailə açıq bir mesaj, bölgədəki gərginliyi daha da artıran kimi şərh edirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31