Tehranın iddialı bəyanatı: "İranın raket arsenalı illərlə davam edəcək müharibəyə kifayətdir" – ÖZƏL
6 Aprel 11:30 SiyasətOlaylar.az xəbər verir ki, İran parlamenti (Məclis) regionda gərginliyin artdığı bir vaxtda ölkənin hərbi gücü ilə bağlı iddialı açıqlama yayıb. Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Alaəddin Borucerdi bildirib ki, müharibə illərlə davam etsə belə, İran ordusu heç bir strateji resurs və ya raket qıtlığı ilə üzləşməyəcək.
"Al Mayadeen" telekanalına danışan deputat vurğulayıb ki, İranın müdafiə potensialı uzunmüddətli hərbi əməliyyatlara tam hazırdır və ölkənin raket arsenalı bu ehtiyacları qarşılayacaq gücdədir. Borucerdinin sözlərinə görə, qarşı tərəf müasir silahlara sahib olsa da, İranın müdafiə sistemləri qarşısında artıq məğlubiyyətə uğrayıb. Bu bəyanat Tehrandakı rəsmi dairələrin hərbi münaqişənin istənilən ssenarisinə hazır olduqlarını nümayiş etdirmək məqsədi daşıyır.