ŞƏT fövqəladə hallar zamanı humanitar yardımın göstərilməsi üçün mümkün mexanizmi müzakirə edir- ÖZƏL
6 Aprel 11:14 SiyasətŞanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri fövqəladə hallarda humanitar yardım göstərmək üçün mexanizm yaratmaq imkanlarını müzakirə edirlər. Olaylar.az xəbər verir ki, ŞƏT-in baş katibi Nurlan Yermekbayev bunu TASS-a verdiyi müsahibədə açıqlayaraq qeyd edib ki, bu cür yardımı yalnız üzv dövlətlər deyil, həm də üçüncü ölkələr ala bilər. Yermekbayev MDB Beynəlxalq İqtisadi Forumunun kuluarlarında bildirib ki, "fövqəladə hallarda humanitar yardımın göstərilməsi mexanizminin yaradılması məsələsi hazırda müzakirə olunur".
O əlavə edib ki, əgər belə bir mexanizm və ya fond yaradılarsa, yardım əsasən ŞƏT üzv dövlətlərinə, eləcə də üçüncü ölkələrə göstərilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31