Gürcüstan hakimiyyətindən ATƏT ekspertinə sərt reaksiya: "Hesabat birtərəfli və qərəzlidir" – ÖZƏL
10:33 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili "Moskva mexanizmi" çərçivəsində hazırlanan hesabatı və ekspertin rəyini kəskin tənqid edib.
Maxaşvili bildirib ki, ekspertin hazırladığı sənəd reallığı əks etdirmir və ölkədəki radikal müxalifətin tezislərini eynilə təkrarlayır. Deputat qeyd edib ki, hökumət tərəfindən təqdim olunan sənədlər və arqumentlər hesabatda nəzərə alınmayıb. Onun sözlərinə görə, bu yanaşma səfərin mənasını itirir: "Əgər mövqelər nəzərə alınmayacaqdısa, hesabatı gəlmədən də göndərə bilərdi".
Hesabatdakı tövsiyələrin 90%-nin reallıqdan uzaq olduğunu deyən komitə sədri, bu təkliflərin nəzərə alınmasının çətin olacağını vurğulayıb. Hakimiyyətin ATƏT/DTİHB müşahidəçilərini seçkilərə dəvət etmək niyyətində olduğunu xatırladan Maxaşvili, beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını, lakin bunun yalnız ölkənin konstitusiya quruluşuna və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu qeyd edib.