Prezident İlham Əliyev Seneqal Prezidentinə məktub ünvanlayıb

Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Seneqal arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31