TRIPP layihəsinin taleyi qeyri-müəyyəndir – Rusiya səfiri və Paşinyandan açıqlama – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin TRIPP layihəsinin reallaşma perspektivlərinin hazırda aydın olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ administrasiyasının prioritetləri fərqlidir və bu da layihə ilə bağlı suallar yaradır.

Diplomat qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr investisiya təhlükəsizliyinə və iqtisadi göstəricilərə təsir edir. Bununla belə, Rusiya tərəfi Ermənistanın blokadadan çıxarılması və regionda nəqliyyat əlaqələrinin inkişafında maraqlıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan da bildirib ki, İranda baş verən hadisələr TRIPP layihəsinin icrasını gecikdirə bilər. Onun sözlərinə görə, ABŞ hazırda bu layihəni prioritet hesab etmir.

Qeyd edək ki, TRIPP ("Trump Route for International Peace and Prosperity") layihəsi Ermənistanın Sünik bölgəsindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, həmçinin optik xətlər inşa olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31