Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfirliyinin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd edilib.