Dmitri Suslov: "Ermənistanın yaxın gələcəkdə Aİ-yə üzvlüyü real deyil" – ÖZƏL
14:25 SiyasətOlaylar.az xəbər verir ki, İrəvanda keçirilən müzakirələrdə çıxış edən rusiyalı ekspert Dmitri Suslov, Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdlərini və Rusiya ilə münasibətlərini təhlil edib.
Suslovun fikrincə, Ermənistanın Aİ-yə üzvlüklə bağlı qanun qəbul etməsi Brüsselə İrəvanın xarici siyasətinə müdaxilə imkanı verir. O, Serbiya və Gürcüstan nümunəsini çəkərək qeyd edib ki, Aİ üzv olmayan ölkələrdən belə Rusiyaya qarşı sanksiyalar və vahid siyasi xətt tələb edir.
Ekspert hesab edir ki, Ermənistan Rusiya ilə mövcud münasibətlərini dağıtmamalı və balansı qorumalıdır. Onun sözlərinə görə, Moskvanın "seçim et" tələbi digər tərəfdaşlardan imtina deyil, qarşılıqlı faydalı əməkdaşlığın qorunması deməkdir.
Politoloq Qərbdən gələn iqtisadi təkliflərin Ermənistan üçün sərfəli olmadığını iddia edib. Nümunə kimi TRIPP layihəsini göstərən Suslov, bu layihənin böyük hissəsinin Ermənistana deyil, təmənnasız olaraq amerikalılara məxsus olacağını bildirib.
Rusiyalı ekspertin qənaətinə görə, İrəvan alternativ təkliflər "daha yaxşı" olduğu üçün deyil, əvvəlcədən müəyyən edilmiş siyasi kursu icra etmək üçün Qərbin şərtlərinə razı olur.
Suslov Ermənistan rəhbərliyinə sual ünvanlayıb: "Əgər məqsəd Rusiyaya qarşı alətə çevrilmək deyilsə, mövcud "imtiyazlı tərəfdaşlıq" modeli sizi niyə qane etmir?"