Rus politoloq: "Tramp Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini reallaşdırmağa çalışır" – ÖZƏL
14:15 SiyasətOlaylar.az xəbər verir ki, Rusiyanın İqtisadiyyat Ali Məktəbinin (HSE) direktor müavini Dmitri Suslov İrəvanda keçirilən dəyirmi masada ABŞ-nin regiondakı fəallığını şərh edib. Politoloqun fikrincə, Tramp administrasiyası Cənubi Qafqazda Moskvaya qarşı siyasi üstünlük qazanmaq niyyətindədir. Tramp Ermənistan-Azərbaycan münaqişəsini bitirən lider obrazını yaratmaqla Rusiyanın bacarmadığını reallaşdırmaq istəyir.
Politoloq əlavə edib ki, Vaşinqtonda sülh müqaviləsinin paraflanması və "Tramp yolu" layihəsi əslində ABŞ-nin regiondakı logistik axınlara və dolayı yolla İrana nəzarət cəhdidir. Rusiya bu addımları qeyri-dost siyasət kimi qiymətləndirsə də, Ukrayna cəbhəsində (Xüsusi Hərbi Əməliyyat kontekstində) münasibətləri daha da gərginləşdirməmək üçün kəskin reaksiya verməkdən yayınır.
Suslov Rusiya və ABŞ-nin Cənubi Qafqazda ortaq məxrəcə gələcəyinə skeptik yanaşır. O hesab edir ki, Trampın mövqelərinin zəifləməsi və tərəflər arasındakı dərin ziddiyyətlər real razılaşmanı qeyri-mümkün edir.
Ekspertin qənaətinə görə, son 30 ilin təcrübəsi göstərir ki, tərəflərin bir-birini dayandırmasından başqa çıxış yolu görünmür