Kit Kelloqdan sərt çıxış: ABŞ-yə "Yeni NATO" lazımdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalının efirində çıxış edərək, NATO ölkələrini İranla münaqişədə Vaşinqtonu dəstəkləmədiklərinə görə kəskin tənqid edib.

Kelloq mövcud NATO müttəfiqlərini Tehrana qarşı mübarizədə qətiyyətsizlik nümayiş etdirdikləri üçün "qorxaq" adlandırıb.

Keçmiş diplomat ABŞ-nin hərbi-siyasi ittifaqlara yenidən baxmasının zəruriliyini vurğulayaraq, "yeni NATO"nun yaradılmasını təklif edib.

Kelloqun fikrincə, bu yeni blokda Yaponiya, Avstraliya, həmçinin döyüşə hazır olan Almaniya, Polşa və Ukrayna kimi ölkələr yer almalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31