Türkmənistan enerji sahəsi üzrə beynəlxalq əməkdaşlığın inkişafını dəstəkləyir - Nökərqulu Ataquliyev

Türkmənistan dünya bazarlarına etibarlı, sabit və şaxələndirilmiş enerji resurslarının çatdırılmasını təmin etməyə yönəlmiş beynəlxalq əməkdaşlığın inkişafını dəstəkləyir.

Trend xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataquliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinci iclasının gedişində etdiyi çıxışda deyib.

"Biz həmçinin birgə enerji layihələrinin həyata keçirilməsinə, infrastrukturun inkişafına və enerji bazarlarının əlaqəliliyinin gücləndirilməsinə böyük önəm veririk. Bununla yanaşı, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını nəzərə almaq vacibdir - bu prinsip Türkmənistanın energetika siyasətinin əsasını təşkil edir", - deyə o bildirib.

Ataquliyev qeyd edib ki, Türkmənistan hazırda bir sıra Türk dövlətləri ilə qaz və enerji sahələrində fəal əməkdaşlıq aparır və bu əlaqələri genişləndirməyə hazırdır.

"Birgə layihələr iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və regional, həmçinin regionlararası enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir", - deyə o vurğulayıb.

"Biz həmçinin birgə energetika layihələrinin həyata keçirilməsinə, infrastrukturun inkişafına və enerji bazarlarının əlaqəliliyinin gücləndirilməsinə böyük önəm veririk. Bununla yanaşı, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını nəzərə almaq vacibdir - bu prinsip Türkmənistanın energetika siyasətinin əsasını təşkil edir", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31