Hörmüz boğazı bağlandı
14:12 Siyasətİranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında İsrail və ABŞ ilə əlaqəli gəmilərin keçidinə qarşı "sərt tədbirlər" görüləcəyi barədə xəbərdarlıq edib.
Trend İran KİV-ə istinadən xəbər verir ki, SEPAH İsrail, ABŞ, eləcə də onların müttəfiqlərinin və dəstəkçilərinin limanlarına gedən və onlardan gələn yük gəmilərinin hər hansı bir su yolu və ya istiqamət üzrə keçidi qadağan olunur.
SEPAH-ın məlumatına görə, Hörmüz boğazı bağlıdır və su yolu ilə ediləcək hər hansı tranzitə "sərt tədbirlərlə" cavab veriləcək.
Məlumatlara görə, müxtəlif ölkələrə aid 3 konteyner gəmisi SEPAH donanmasının xəbərdarlıqlarından sonra boğazdan geri qaytarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31