İsrail ordusu livanlılara təxliyə çağırışı etdi

İsrail ordusu Livanın cənubuna hücumları davam etdirir.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun sözçüsü Aviçay Edri "X" sosial şəbəkə hesabında paylaşım edib.

O, ölkənin cənubundakı Sucid kəndinə zərbə endiriləcəyini bildirib.

Sözçü bölgə sakinlərinə təxliyə çağırışı edərək, əhalidən Zəhrani çayının şimalına çəkilmələrini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31