Tramp: Silah texnikası yalnız ABŞ-də istehsal edilməlidir

ABŞ Prezidenti Donald Tramp ölkə daxilində hərbi təyinatlı məhsulların istehsalının sürətləndirilməsi barədə göstəriş verib.

Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısı Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında təşkil etdiyi ənənəvi ianə toplama mərasimində çıxışı zamanı danışıb.

Tramp ABŞ-in İrana qarşı hərbi addımlarına toxunaraq bildirib ki, ölkə dünyanın ən inkişaf etmiş silah sistemlərinə sahibdir. "Diqqət etsəniz görərsiniz ki, mən bu texnikaların daha çevik və iri həcmdə istehsal olunmasını tələb etmişəm, çünki bütün bu avadanlıqların məhz ABŞ-də hazırlanması böyük önəm daşıyır", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31