Latviya Ukraynaya hərbi-kəşfiyyat maşınları tədarük edəcək
16:04 SiyasətLatviya hökuməti Ukraynaya CVR(T) hərbi kəşfiyyat maşınlarının yeni partiyasını ötürəcək.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baltikyanı respublikanın müdafiə naziri Andris Spruds bildirib.
Spruds vurğulayıb ki, CVR(T) maşınlarının Ukraynaya tədarükü yerli silahlı qüvvələrin tələblərinə və operativ imkanlarına hər hansı təsir göstərməyəcək.
Sonuncu dəfə 2025-ci ilin noyabr ayında Latviya Ukrayna ordusunu 12 CVR (T) kəşfiyyat maşını ilə təchiz edib.
CVR(T) (Combat Vehicle Reconnaissance - Tracked) Latviya ordusunda istifadə olunan yüngül tırtıllı kəşfiyyat zirehli maşınları ailəsidir və ilk olaraq Böyük Britaniyada hazırlanıb. Bu platformaya daxil olan əsas kəşfiyyat variantı (məsələn, Scimitar) təxminən 8 ton kütləyə malikdir, 3 nəfərlik ekipajla idarə olunur və maksimal sürəti 80 km/saat civarındadır. Maşın alüminium zirehlə təchiz olunub (təxminən 20-60 mm), bu da onu yüngül və yüksək manevr qabiliyyətli edir, lakin ağır zirehli texnika ilə birbaşa döyüş üçün nəzərdə tutulmayıb.