Bu ölkədə polisə daha böyük səlahiyyətlər verilib
16:40 SiyasətÇinin Honq-Konq muxtar bölgəsinin qanunvericiliyində hüquq mühafizə orqanları əməkdaşlarına daha böyük səlahiyyətlər verən qanun dəyişikliyi qəbul edilib.
Olaylar.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.
Dəyişikliyə əsasən Honq-Konq polisi artıq şəhərin milli təhlükəsizlik qanununu pozmaqda şübhəli bilinən şəxslərdən mobil telefon və ya kompüter şifrələrini təqdim etmələrini tələb edə biləcək.
Qanuna edilən dəyişikliklər həmçinin gömrük əməkdaşlarına "qiyamçı niyyət" daşıdığı hesab edilən əşyaları müsadirə etmək səlahiyyəti verir.
Tələblərə əməl etməkdən imtina edənlər bir ilədək həbs və 100 min Honq-Konq dollarınadək (12 773 ABŞ dolları) cərimə ilə üzləşə bilər, yanlış və ya çaşdırıcı məlumat təqdim edənlər isə üç ilədək həbs və 500 min Honq-Konq dollarınadək cərimə ilə cəzalandırıla bilər.