İsrail müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib
15:05 SiyasətHizbullah təhlükəsiz aradan qalxana qədər İsrail Livanın cənubunda təhlükəsiz zonanı nəzarətdə saxlayacaq.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz bildirib.
"İsrail Müdafiə Qüvvələri (IDF) Livanda Hizbullaha qarşı tam gücü ilə fəaliyyətini davam etdirəcək. Şimalda yaşayan sakinlərin təhlükəsizliyi təmin olunmayana qədər Livanın cənubundan şimala köç etmiş yüz minlərlə sakin, Litani çayının cənubuna qayıtmayacaq", - Katz IDF Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və digər yüksək rütbəli zabitlərlə keçirdiyi görüşdə bildirib.
İsrailli MN rəhbəri bildirib ki, Hizbullahın döyüşçülərini və silahlarını Livanın cənubuna daşımaq üçün istifadə etdiyi Litani çayı üzərindəki bütün körpülər partladılıb və IDF qalan körpülərə və Litaniyə qədər olan təhlükəsizlik zonasına nəzarət edəcək.