Fransanın keçmiş baş naziri vəfat edib

Fransanın keçmiş Baş naziri sosialist Lionel Jospin 88 yaşında vəfat edib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.

1997-2002-ci illərdə Fransa hökumətinə başçılıq etmiş siyasətçinin bazar günü vəfat etdiyi bildirilir.

Ailəsi onun yanvar ayında ağır cərrahiyyə əməliyyatından keçdiyini bildirsə də, digər təfərrüatlar açıqlanmır.

"Lionel Jospin Fransa siyasətində nəhəng bir fiqurdur: Fransua Mitterranın dövründə Sosialist Partiyasının birinci katibi, təhsil naziri, baş nazir və Konstitusiya Şurasının üzvü olub", - Fransa prezidenti Emmanuel Makron "X" sosial media platformasında yazıb.

Qeyd edək ki, Jospin eyni zamanda 2002-ci ildə prezidentliyə namizəd olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31