İsrail növbəti dəfə Tehranı vurdu
13:56 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat verib.
Bildirilib ki, şəhər mərkəzi də daxil olmaqla, Tehranın ən azı beş rayonunda bir sıra partlayışlar olub.
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti də Tehranda təyin olunan hədəflərə qarşı bir sıra genişmiqyaslı hücumlar həyata keçirildiyini açıqlayıb.
Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirməyə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Martın 1-də isə İranın Ali Lideri Əli Xamenei və onlarla yüksək rütbəli şəxs hücumlar zamanı ölüb.İran da öz növbəsində həm İsrailə həm də ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.