Londonda “Hazala” yəhudi təşkilatının 4 maşını yandırılıb
12:26 Siyasətİngiltərənin paytaxtı Londonda "Hazala" yəhudi təşkilatının 4 təcili yardım maşınına qarşı törədilən yanğın antisemit nifrəti cinayəti kimi araşdırılır.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, yanğın bu gün yerli vaxtla saat 01:40 radələrində Golders Green ərazisində baş verib. BBC-nin məlumatına görə, yanğından sonra nəqliyyat vasitələrində bir neçə silindr partlayıb və yaxınlıqdakı binanın mənzillərinin pəncərələrinə zərər verib.
Polisin məlumatına görə, yanğını təxminən üç nəfər törədib. Hüquq-mühafizə orqanları şübhəliləri axtarmağa və hadisənin səbəblərini araşdırmağa davam edir.
Yerli sakin Şimon Raid təcili yardım maşınlarının sinaqoqun yaxınlığında park edildiyini bildirib. O, yəhudi icmasının "yaşadığımız təhlükədən yaxşı xəbərdar olduğunu" söyləyib.