İran kəşfiyyatına kim rəhbərlik edir? - MÜƏMMA

İran hökumətinin kommunikasiya və informasiya üzrə müavini Mehdi Təbatəbai bildirib ki, İsmayıl Xətibin öldürülməsindən dərhal sonra Kəşfiyyat Nazirliyinə (ETTELAT) rəhbərlik edəcək şəxs barədə qərar prezident Məsud Pezeşkian tərəfindən verilib və aidiyyəti qurumlara göndərilib. Musavat.com-un məlumatına görə, bununla belə, Təbatəbai yeni rəhbərin adını açıqlamayıb və qeyd edib ki, bu barədə məlumat "münasib vaxtda" veriləcək.

Bu isə hakimiyyət daxilində qeyri-müəyyən və qapalı mühitin davam etdiyini göstərir. Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin öldürüldüyünü bəyan edib. O vaxtdan yeni təyinatla bağlı açıqlama verilmir.

Günaz.tv-nin məlumatında isə bildirilir ki, yüksək vəzifəli şəxslərin ard-arda aradan götürülməsindən sonra onların yerinə təyin olunan şəxslərin adları hələ də açıqlanmır. Bu halın yeni təyin olunanların kimliyinin gizli saxlanılması ilə bağlı narahatlıq və qorxu ilə əlaqəli olduğu ehtimal edilir. Yeri gəlmişkən, İsrailin müdafiə naziri Kats qeyd edib ki, baş nazir Benyamin Netanyahuilə birlikdə o, İsrail ordusuna istənilən yüksək rütbəli İran rəsmisinin öldürülməsi üçün "əlavə icazə almadan" hərəkət etmə səlahiyyəti verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31