SEPAH-dan şok hədə: "Regionun işığını söndürəcəyik!"
12:21 Siyasətİran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarını hədəf alacağı ilə bağlı təhdidlərinə cavab olaraq rəsmi bəyanat yayıb.
Olaylar.az xəbər verir ki, SEPAH bəyanatında ABŞ-ın hər hansı bir hücumuna "simmetrik cavab" veriləcəyini və İranın enerji sisteminə dəyəcək zərərin əvəzinin İsrailin, eləcə də regiondakı ABŞ bazalarını elektrik enerjisi ilə təmin edən ölkələrin infrastrukturundan çıxarılacağını vurğulayıb. "Əgər siz işığı söndürsəniz, biz də işığı söndürəcəyik" deyə sərt xəbərdarlıq edən SEPAH rəhbərliyi qeyd edib ki, hazırda İsrailin və regiondakı müttəfiq ölkələrin su təmizləyici qurğuları, informasiya texnologiyaları mərkəzləri və elektrik şəbəkələri İranın hədəf bankına daxil edilib.
Bəyanatda həmçinin bildirilir ki, İranın "Cənub Pars" qaz yatağına və ya elektrik stansiyalarına endirilən hər bir zərbə Hörmüz boğazının tamamilə bağlanması və bütün regionun enerji təminatının iflic edilməsi ilə nəticələnəcək. SEPAH-ın bu çıxışı Donald Trampın "Əgər Hörmüz boğazı 48 saat ərzində açılmasa, İranın ən böyük elektrik stansiyalarını yerlə-yeksan edəcəyik" ultimatumuna cavab olaraq qiymətləndirilir.
Analitiklər hesab edirlər ki, tərəflərin qarşılıqlı olaraq mülki infrastrukturu hədəf göstərməsi müharibənin "total enerji müharibəsi" mərhələsinə keçdiyini və qlobal iqtisadiyyat üçün fəlakətli nəticələr doğura biləcəyini sübut edir.