Ukrayna-ABŞ danışıqlarında bu məsələlər müzakirə olunub? - Rustem AÇIQLADI
11:38 Siyasət"Floridada ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar başa çatıb".
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, görüşün nəticələri barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, tərəflər görüş zamanı etibarlı təhlükəsizlik təminatları və humanitar məsələlərə, xüsusilə də əsir mübadiləsi və Ukrayna vətəndaşlarının geri qaytarılması mövzusuna diqqət yetiriblər.
Umerov bildirib ki, danışıqların yekununda tərəflər mövqelərin uzlaşdırılması istiqamətində irəliləyiş əldə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31