Paşinyan Xameneini təbrik etdi
13:22 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan İranın Ali Rəhbəri ayətullah Müctəba Xamenei və Prezident Məsud Pezeşkianı Novruz bayramı münasibətilə təbrik edib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan təbrik məktubunda qeyd edib: "Əminəm ki, qarşıdakı ildə iki dost ölkə arasındakı münasibətlər səmimiyyət, etimad və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməyə davam edəcək".
Baş nazir həmçinin İrana sülh, sabitlik və rifah arzulayıb.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31