Şimali Kipr 30 yaşını qeyd edir
26 Noyabr 2013 15:53 SiyasətŞimali Kipr Türk Respublikasının 30-cu ildönümü tamam olur. ŞKTR-nın Azərbaycandakı nümayəndəliyindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, bu məqsədlə noyabrın 28-də bayram tədbiri təşkil olunacaq. Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Sadəddin Topukçunun da iştirak etdiyi bayram tədbirinə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi təşkilatların rəhbərləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00