Vəhhabi hakimiyyətli dövlətlər zənciri yaradılır
Hegemoniya siyasətinin qabaqda olan adlarının siyasət adına hazırladıqları plan gizli saxlanılır
26 Noyabr 2013 15:10 SiyasətMəsələ: Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar. MTN-nin İctimaiyyətlə Əlaqələr Departamentindən mətbuata verilən məlumatda bildirilir ki, "Facebook"da "Enekin Skayvoker" adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda olan "əmir Fərman Çətin"in "Şeyx Mirzahmad al-Qusari"dən Azərbaycanda şiələrə qarşı "cihad" etmək barədə fətva aldığına dair bəyanat yerləşdirilib. "Enekin Skayvoker" profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkili də yayımlanıb. Fotoşəklin altında isə Azərbaycanda dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə İslam dininin şiə təriqətinə mənsub olanlara qarşı "cihad etmək haqda fətva", təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş" məscidinin axundu Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi barədə çağırışlar əksini tapıb. Özünü "Fərman Çətin" kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, "Şeyx Mirzahmad Əl-Qusari"nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib. N.Mirzəyev, M.Rüstəmov və b. 2012-ci ilin aprelində odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terror aktı törətmək barədə aralarında razılığa gəliblər. Vəhhabilər "Məşədi Dadaş" məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar.
*****
Vəhhabilik nədir?: Cavab: - Hənbəli məzhəbinə bağlı təriqətin adıdır. Cərəyan XVIII əsrin əvvəllərində İngiltərənin sifarişilə Məhəmməd ibn Əbdülvəhhab tərəfindən yaradılıb. Əbdülvəhhab Yəməndə doğulub, Şeyx Nəcdi kimi tanınıb. 1730-cu ildə ingilislərin təsirilə cərəyanı yaymağa başlayan Vəhhab hətta buna görə, ali məktəbdən ayrılıb. O, ilk dəfə 1745-ci ildə Nəcd əmiri Məhəmməd ibn Məsud tərəfindən dəstək alıb. Nəticədə vəhhabilik ərəb ölkələrində mütəşəkkil tapmağa başlayıb.
*****
Məqsəd: Vəhhabiliyin konkret olaraq sünni məzhəbinə qətiyyən aidiyyatı yoxdur. Sadəcə, İslam dinini parçalamaq istəyən Qərb cərəyanı sünniliyə uyğunlaşdırmağa çalışıblar. Məqsəd İslamı içindən parçalamaq və yox etməkdir. Çünki sələfiliyi "Qurani-Kərim" və sünniliyə uyğunlaşdırmaq cəhdi Abbasilər xilafəti dövründə yaşamış Əhməd ibn Hənbəlin adı ilə bağlıdır. Sələfilərə görə, ağıl və vəhy mütləq meyar deyil, həmçinin imamlıq möhkəm təməllərə əsaslanmır, həmçinin bu təriqətdən olmayanlar "dinsiz"dirlər, onları məhv etmək haram deyil. İdeologiyaya qoşulmayan müsəlmanların canı və malı onlar üçün halaldır. Həmin ideologiyanı isə Hicazlı Məhəmməd ibn Əbdülvəhhab Vəhhabilik adı altında möhkəmləndirdi. Vəhhabiliyini sünni məzhəbinin qolu olması isə, Əbdülvəhhabın həmin məzhəbin nümayəndəsi olması ilə əlaqədardır. Əsasən də İngiltərə və ABŞ-ın dəstəklədiyi ideologiyanı qəbul etməyənləri öldürmək və "cihad" etmək "müqəddəs vəzifə"dir. Sələfilərin sünnilik adı altında şiələrə qarşı çıxmasını əsl səbəbi ikinci tərəfi birincilərə qarşı qaldırmaqdır. Vəhhabilər sünni məzhəbinə aid omalarına təsdiq qazandırmaq üçün söz yox ki, ən çox da sünnilərin yaşadığı ölkələrdə fəaliyyət göstərirlər. Vəhhabilərin şəbəkə şəklində yayıldığı əsas ölkələr Səudiyyə Ərəbistanı, Suriya, Əfqanıstan, Rusiya (Çeçenistan), Yəmən, Keniya, Somali, Tanzaniya, Tacikistan, BƏƏ, İordaniya və Özbəkistandır. "AINA", "əl-Əxbar", "ITAR- TASS", "USA Today" qəzetlərində bir müddət əvvəl yayılan məlumatlarda bildirilirdi ki, başqa-başqa ölkələrdə yaşayan vəhhabi qruplaşmaları "əl-Qaidə" terror təşkilatı ilə geniş əlaqələrə sahibdir. Əlavə olaraq, sələfilər Qərb və ABŞ-ın maliyyə dəstəyilə əsasən də Orta Asiya, Səudiyyə Ərəbistanı, Misir və Balkan ölkələrində məscid, dini məktəblər tikdirirlər. Təriqət üzvləri isə yüksək məbləğli maddi vəsaitlərlə təmin edilirlər. Digər ölkələrdə gizli şəkildə yetişdirilən radikal vəhhabi qruplaşmaları Qərb və ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən vəziyyəti nəzarətdə saxlamaq üçün Yaxın Şərq və başqa regionlarla yerləşdirilirlər. Vəhhabilərin qarşısına qoyulan əsas məqsəd qarşıdurmalar yaratmaq, idarəçiliyi yerli hakimiyyətlərin nəzarət mexanizmindən çıxarmaqdır. Suriya, Misir, İraq, Əfqanıstan, bütün Ərəb dünyası və Yaxın Şərqdə baş verən gərginliklərdə sələfilər əsas pay sahibidirlər. İlkin məqsəd isə İslamı radikal din şəklinə salmaq və müsəlmanların kompakt yaşdığı ölkələrdə kütləvi qırğına səbəb olan terror dalğasını gücləndirməkdir. Maliyyə və təşkilatçılıq mənbələri Vatikan Katolik Kilsəsi, İsrail, Amerika Yevangelist Kilsəsi, İngiltərə, yəhudi Rokfeller və Rotşild ailələridir.
Yeltsinin Vaşinqtona mesajı birmənalı idi
Rusiyanın Dağıstan və Çeçenistan respublikalarında baş verən gərginliklərdə də Qərb tərəfindən maliyyələşdirilib buraya göndərilən vəhhabilərin izi var. ABŞ-a görə radikal vəhhabi qruplaşmalarının vasitəsilə bölgəni nəzarətə keçirmək olar. Lakin regionda Rusiyanın Federal Təhlükəsizlik Bürosunun güclü nəzarəti var. Buna görə Şimali Qafqazda sıxışdırılan vəhhabilər Azərbaycana keçməyə cəhd edirlər. Azərbaycan da ABŞ və Qərbin xüsusi marağında olduğuna görə sələfilərin respublikaya axınına müsbət yanaşırlar. Hətta Qərbdən açıq şəkildə dəstək alan Çeçenistan Şamil Basayevin hərəkata başçılıq etməsindən sonra Rusiya daxilində müstəqil dövlət olduğunu alan etdi. Amma prezident Vladimir Putin buna icazə verməyəcəklərini bildirdi. Qərb və ABŞ-ın Şimali Qafqazda əldə etmək istədikləri nəticə Dağıstan və Çeçenistanın Rusiyadan ayrılaraq müstəqil olmasından sonra Cənubi Qafqazı ələ keçirməkdir. Qərb dairələrinin çeçen və ləzgiləri Rusiyadan ayırılmağın vacib olmasının qarşısında qoyduqları əsas arqument Kremlin fundamentalist istismarıdır. Sosial və iqtisadi təminatı Moskva tərəfindən azaldılmış Çeçenistan və Dağıstanı istənilən istiqamətə çəkmək buna görə də Qərb üçün heç də çətin məsələ deyil. Hələ 1999-cu ildə Tayvan münaqişəsinə görə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstan ("Shankhay Guintet") dövlət başçılarının Bişkek görüşü maraqlı nüansla yadda qaldı. Bişkekdə təyyarədən enərkən keçmiş Rusiya prezidenti Boris Yeltsinin jurnalistlərin ona məsələ barədə verdiyi suala qaytardığı cavab birmənalı idi: "Mübarizəyə hazır vəziyyətdəyik, xüsusilə də Qərblə mübarizədə". Çünki 1996-cı ildə Çeçenistanda başlayan gərgin hadisələrə görə ABŞ və Qərb ittiham edilirdi. Vaşinqton isə Yeltsin hökumətini Şimali Qafqazı köklü şəkildə istismar etməkdə günahlandırırdı.
Səud kralı qısa danışdı
Misirdə Müsəlman Qardaşları Hərəkatının nümayəndəsi, keçmiş prezident Məhəmməd Mursini devirən general Sisiyə Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdüləzizin münasibəti birmənalı oldu. Kral Abdullah Müsəlman Qardaşlarına qarşı başlayan iğtişaşları qısa xarakterizə etdi: "Misirdə terrora qarşı döyüşənləri dəstəkləyirik". Səud kralının Müsəlman Qradaşlarına olan aqressiyası onunla izah edilməlidir ki, hərəkat Misir hakimiyyətinə rəhbərlik edəndən sonra ölkədə vəhhabilərin fəaliyyətinə köklü şəkildə zərbə vurulmuşdu. Bu isə Səudiyyə Ərəbistanı və ABŞ-ın maraqlarına uyğun deyildi. Tarixən də məlumdur ki, regionda üstün güc üstündə Misir və Səudiyyə Ərəbistanı arasında rəqabət olub. Hüsnü Mübarəkin hakimiyyəti dönəmində həmin rəqabət Səudiyyə Ərəbistanının tərəfində idi. Məhəmməd Mursinin Misir prezidenti olması isə güc nisbətini Misirin lehinə möhkəmləndirdi. Mövcud situasiyanı dəyişmək üçün Səudiyyə Ərəbistanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Bəndər bin Sultanın maliyyə dəstəyi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin təşkilatçılığı ilə Mursi devrilərək əvəzinə vəhhabilərin fəaliyyəti üçün daha geniş imkanlar yaradacaq dini etiqadca xristian olan Ədli Mənsur hakimiyyət başına gətirildi. Çünki general Sisi və xristian Mənsur müttəfiqlərin maraqlarına cavab verir və bundan sonra vəhhabilər bu ölkədə daha geniş imtiyazlar qazanacaqlar.
Bəşər Əsəd vəhhabi əlilə vurulur
Suriyada baş verən hadisələrdə əsas məsələ Rusiya və İranın bu ölkədəki varlığı ilə bağlıdırsa, ikinci səbəb prezident Bəşər Əsədin burada vəhhabilərin fəaliyyətini məhdudlaşdırması ilə bağlıdır. Səudiyyə Ərəbistanı, Qərb və ABŞ-ın vəhhabi Əsədə qarşı buna görə nifrət edir. Söz yox ki, Əsəd hakimiyyətinin Qərb və ABŞ-ın "əl-Qaidə" kimi radikal vəhhabi təşkilatlarının əlilə vurulması həmin səbəbdən qaynaqlanır. Səudiyyə Ərəbistanın Yaxın Şərqdə Qərbin maraqlarına uyğun hərəkət etməsinin əsl səbəbi bu ölkədə hakimiyyət dairələrində Avropa və Amerika tərəfdarı vəhhabilərin sayının çox olmasıdır. Vəhhabilərin fəaliyyətinin zəif olduğu əsas müsəlman ölkələri İran, Azərbaycan, Türkiyə və başqalarıdır. Vəhhabilər dəfələrlə Azərbaycanda dini müstəvidə qarşıdurmalar yaratmağa cəhd etsələr də MTN, DİN və digər hüquq mühafizə orqanlarının xüsusi əməliyyatları nəticəsində qarşı alınıb. Türkiyə və İranda da radikal vəhhabi qruplaşmaları güclü dövlət nəzarəti altındadır.
Nəticə: Vəhhabiliyin siyasi ideologiyaya çevrilməsinin əsasında ABŞ, İngiltərə və İsrailin siyasi məqsədləri dayanır. Məzhəblərarası qarşıdurmaları gücləndirməklə müsəlman və İslam ölkələrinin ərazisində vəhhabi hakimiyyətli dövlətlər zənciri yaratmaqdır. Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Qətər, Liviya, Livan, Qətər, Tunis və İordaniyadakı vəziyyəti nəzərə alsaq, artıq bu zəncirin ilk həlqələri hazırdır. Suriyanın qısa müddətdən sonra bu silsiləyə daxil olması inandırıcıdır. Müttəfiqlər qarşısında duran əsas vəzifə həlqələri Pakistan, Əfqanıstan, İndoneziya və İranda davam etdirməkdir. Söz yox ki, adı çəkilən dövlətlər İslam ölkələridir, dinin əsas mərkəzləri hesab edilirlər. Regionda və dünyada baş verən siyasi proseslərin fonunda indiki məqamda bunu baş verməsi absurddur. Çünki hegemoniya siyasətinin qabaqda olan adlarının siyasət adına hazırladıqları plan gizli saxlanılır. Hər halda bu yaxşıya işarə deyil.
Mənsur Rəğbətoğlu