İslam iqtisadiyyatına həsr olunmuş beynəlxalq sammit keçirilib

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin rəsmi dəvətilə bu ölkədə ilk dəfə keçirilən Islam Iqtisadiyyatının Beynəlxalq Sammitinin açliliṣ mərasimində iştirak edib. Bu barədə "OLAYLAR"-a məlumat verən cəmiyyət rəhbəri deyib ki, sammitdə ölkənin vitse-prezidenti, Dubayın Şeyxi Məhəmməd bin Raşid Əl-Maktum, Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd Əl-Məktum, BƏƏ-nin dövlət rəsmiləri, müxtəlif ölkələrdən gəlmir nazirlər, yüksək səviyyəli dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, maliyyə və iqtisadiyyat sahəsində mütəxəssislər, ekspertlər və iri şirkətlərin sahibləri iştirak ediblər. Sammit çərçivəsində "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov BƏƏ-nin maliyyə və iqtisadiyyat sahələrinin rəhbər vəzifəli şəxslərilə görüşlərində Azərbaycanın İslam dünyasının iqtisadi cəhətdən güclü bir dövləti olduğunu və ölkə prezidenti Ilham Əliyevin apardiği müdrik igtisadi siyasət nəticəsində Azərbaycanın Islam iqtisadiyyatina verdiyi böyük töhfədən danışib. Görürlər əsnasında BƏƏ-dən olan, dünyada Islam iqtisadiyyatı sahəsində güclü ekspert və alim kimi tanınan, "Islam Iqtisadiyyatı Beynəlxalq Mərkəzi"-nin sədri və direktoru doktor Şihab Əhməd Əl-Əzizi müəllifi olduğu bir neçə kitabı Samir Imanova hədiyyə edib və xatırladıb ki, bir neçə il öncə İslam İnkişaf Bankınin Azərbaycana gəlmiş nümayəndə heyətinin tərkibində olub, Azərbaycanda ilk Islam bankının təsis edilməsi və bu mövzuyla bağlı Bakıda konfransın təşkili məsələsində öz təkliflərini verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00