Rafael Hüseynov Parisə güdəcək
26 Noyabr 2013 11:54 SiyasətDeputat Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün noyabrın 30-da Parisə yola düşəcək. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iclasda millət vəkili Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək. Səfər dekabrın 5-də başa çatacaq. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00