Deputatlarımız AŞPA-nin tədbirinə qatılacaqlar
26 Noyabr 2013 11:54 SiyasətMilli Məclisin deputatları Rafael Hüseynov və Sabir Hacıyev AŞPA-nın Demokratiya üzrə Dünya Forumunda iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacaq. Tədbir noyabrın 29-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00