Türkiyədə milli təhlükəsizliklə bağlı problemlər müzakirə ediləcək
19 Noyabr 2013 17:51 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin rəhbərliyi ilə AMİP Baş Katibi Arzuxan Əlizadə və Beynəlxalq Məsələlər uzrə Katib Elşən Mustafayev Türkiyəyə işgüzar səfərə gedəcək. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, səfər çərçivəsində AMİP-çilər İstambulda Azərbaycam Milli İstiqlal Partiyası, Gürcüstanın Birləşmiş Milli Hərəkatı, İsveçin Moderat Partiyası və Liberal Düşüncə Topluluğunun birgə təşkilatçilığı ilə "Milli təhlükəsizlik və suverenliklə bağlı yaranan problemlər -açıq cəmiyyətlər üçün mübarizə " mövzusunda dəyirmi masada iştirak edəcəklər. Noyabrın 21-də baş tutacaq tədbirdə Avropa institutlarindan, Türkiyə Cmhuriyyətindən siyasətçilər və ekspertlər də iştirak edəcəklər
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00