Prezidentlərin təkbətək görüşü başa catıb - YENİLƏNİB
19 Noyabr 2013 16:33 SiyasətVyana Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü başa çatıb. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb. "Ermənistan və Azərbaycan prezidentlərinin görüşü başa çatıb, ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də görüşə atılıblar", - deyə A. Saqatelyan qeyd edib.
Xatırladaq ki, prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub.
İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00