Deputatımız AŞ PA-nın tədbirində iştirak edəcək

Milli Məclisin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 19-dan 21-dək Fransa paytaxtında səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iclasda əsasən İordaniya, Türkiyə, Livan və İraqda yerləşmiş Suriya qaçqınlarının vəziyyəti müzakirə ediləcək. Onlara yardım göstərilməsi yolları araşdırılacaq.

AŞPA-nın komitə iclasında İtaliyanın sahilyanı ərazilərinə müxtəlif ölkələrdən miqrant axını probleminə də nəzər salınacaq. Miqrantlar və qaçqınlar arşında QİÇS-in yayılmasına qarşı mübarizə məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00