“Daily Times” Azərbaycandan yazdı
19 Noyabr 2013 14:12 SiyasətAzərbaycanda keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı müxtəlif ölkələrin mətbu orqanlarında yazılar dərc edilir. "OLAYLAR"-ın xəbərinə görə, Pakistan mətbuatında dərc olunan silsilə məqalələrin davamı olaraq, bu ölkənin nüfuzlu ingilis dilli "Daily Times" qəzetində forumun iştirakçısı professor Asiya Maharın "Bakı Forumu: Analiz" adlı məqaləsi dərc edilib. Məqalədə Azərbaycanda gedən iqtisadi islahatlar, təhsilin inkişafına göstərilən dövlət qayğısı və bu sahəyə ayrılan vəsait, ölkədə informasiya texnologiyalarının tətbiqi kimi faktlar əksini tapıb. Bundan başqa müəllif yazıda azərbaycanlıların öz tarixlərinə hörmət və qürurla yanaşması, Bakının gözəlliyi barəsində də geniş məlumatlar verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00