“Həsən Ruhani İran məsələlərində söz sahibi deyil” - AÇIQLAMA
Elxan Şahinoğlu: “Amerikadan ikibaşlı açıqlamaların gəlməsi də İranın daxili vəziyyətinə yönəlib”
8 Noyabr 2013 13:37 Siyasət"Vaşinqtonla Tehran arasında istiləşmə meyillər hiss olunur. Çünki "Altılar"ın danışığında nəticələr əldə olunmasa da ABŞ müzakirələrdən razı qaldığını bildirir və qeyd edir ki, İrana qarşı tətbiq olunan sanskiyalar yumşaldıla bilər. Obama əvvəlcədən də İrana qarşı hərbi müdaxiləyə qarşı idi" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlu bildirdi ki, ABŞ-ın əsas müttəfiqi İsrail də Tehran-Vaşinqton əlaqələrinin normallaşmasının əleyhinədir. Yəhudilərin Amerikada güclü lobbisi var. Politoloq hesab edir ki, Obama yəhudi lobbisinin təsiri altındadır. Buna görə Obama yəhudi lobbisinin istəklərini də gözaltı etməyəcək: "Çox vaxt yumşaldıcı açıqlamalar verməklə yanaşı İrana qarşı sərt ittihamlar da irəli sürür. Ağ Ev İran-ABŞ əlaqələrində balans saxlamağa çalışır. ABŞ verdiyi təzadlı açıqlamaları ilə bir qədər də İranla oynayır. Bununla İranı maraqlarına uyğun addımlar atmağa sövq etməyə səy göstərirlər. Amma Ruhani heç vaxt dini qurumların icazəsi olmadan məsələ barədə ciddi addımlar atmayacaq. Amerikadan ikibaşlı açıqlamaların gəlməsi də İranın daxili vəziyyətinə yönəlib. Ağ Ev yaxşı başa düşür ki, Həsən Ruhani İranda əsas söz sahibi deyil. Əslində Obamanın açıqlamaları İran cəmiyyətinə yönəlib. Çünki iqtisadi sanksiyalar İran daxilində pis vəziyyət ortaya qoyub. Ağ Ev də bunu yaxşı gördüyündən məsələni cəmiyyətin əlilə həll etməyə çalışır". ("OLAYLAR" İA)