Nihat Gənc: “Erməni-PKK əməkdaşlığı Türkiyəni bölmə planlarının tərkib hissəsidir”

Türkiyənin məşhur solçu yazarı Nihat Gənc Barış və Demokratiya Partiyasının (BDP) həmsədri Səlahəddin Dəmirtaşın oktyabrın 20-də Vaşinqtonda daşnaklarla görüş keçirməsinə münasibət bildirib.

, N. Gənc bildirib ki, illərdən bəri ermənilərlə PKK terror təşkilatının Türkiyəni bölüb-parçalamağa cəhd göstərdikləri məlumdur: "Buna ABŞ və Avropa da dəstək verir. Hazırda Türkiyədə həyata keçirilmək istənilən "Demokratikləşmə paketi" də eyni məqsədə xidmət edir və Türkiyəni bölmə planlarının zirvəsidir. NATO türk ordusunun başını qoparıb, gücsüz vəziyyətə gətirib, ona görə də bu planın həyata keçirilməsinə ordu tərəfindən lazımi müqavimət göstərilmir".
APA-nın "Səlahəddin Dəmirtaş 24 apreldə verdiyi açıqlamada tarixin ən böyük soyqırımını türklərin ermənilərə yapdığını iddia etmiş və Türkiyəni ermənilərdən üzr istəyərək təzminat ödəməyə çağırmışdı. Bu barədə nə demək istərdiniz?"- sualına N. Gənc belə cavab verib:
"Suriyada vəziyyət gərginləşəndə Səlahəddin Dəmirtaş demişdi ki, Lazkiyəni bizə versinlər. Düşünə bilirsinizmi, Aralıq dənizində olan Lazkiyə limanı hara, kürdlərin yaşadıqları yerlər hara? Təkrar edirəm ki, bunlar hamısı eyni planın tərkib hissələridir və erməni-PKK terror təşkilatı əməkdaşlığı ilə həyata keçirilməyə çalışılır. ABŞ türk ordusunu 2 səbəbə görə çıxdaş etdi:
1) İraqı işğal edərkən ordumuz ABŞ-la əməkdaşlıq etmədi;

2) Bölgədəki erməni-PKK ittifaqına ordumuzun şərəfli general və zabitləri qol qoymadı.
Plan Ermənistandan başlayıb Türkiyənin Şərq və Cənubi-Şərq bölgələrini əhatə edir, oradan Aralıq dənizinə çıxmağı hədəfləyir. Ermənilər bizdən torpaq qoparmaq üçün ABŞ və Avropanın himayəsində bu planları həyata keçirməyə çalışırlar. Siyasi iqtidarımız və Türkiyə xalqı bu plana şiddətli şəkildə qarşı çıxmazlarsa, vəziyyət daha da pisləşəcək. Ancaq bu planı həyata keçirməyə çalışanlar unutmasınlar ki, biz İstiqlal savaşının daha ağır şərtlərində yurdumuzu düşmənlərdən təmizləmiş bir millətik".
Qeyd edək ki, Türkiyənin "Hürriyet" qəzetinin məlumatına görə, BDP həmsədri Səlahəddin Dəmirtaş oktyabrın 20-də ABŞ-dakı erməni diasporunun liderləri ilə görüşərək münasibətlərin inkişaf etdirilməsi və "Qərbi Ermənistan" torpaqları ilə (ermənilərin tələb etdikləri Türkiyə əraziləri) "Kürdüstan" arasında milli və demokratik fürsətlər baxımından faydalı məsələləri" müzakirə ediblər. S. Dəmirtaş o görüş barədə türk mediasına heç bir məlumat verməyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00