“Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırdır...”

Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin politoloqu Yevgeni Koqan erməni mətbuatına açıqlamasında bildirib ki, Dağlıq Qarabağ Rusiyanın Azərbaycana təzyiq etmək üçün əsas vasitə olaraq qalır. Koqan qeyd edib ki, münaqişənin həll olunmaması Cənubi Qafqazda təhlükələrə yol aça bilər: "Azərbaycanın NATO və Avropa İttifaqına inteqrasiyası Rusiyanın strateji maraqlarını əks etdirmir. Nəzərə alsaq ki, Rusiya Azərbaycana dost münasibətləri bəsləmir, gələcəkdə Dağlıq Qarabağ faktorundan bu ölkə əleyhinə istifadə edə bilər. Qarabağ problemindən sui-istifadə edərək Rusiya Azərbaycan və Ermənistanı təsir dairəsində, Türkiyə və ABŞ-ı isə regiondan uzaq saxlamağa çalışır. Moskva münaqişə ilə bağlı mövcud status-kvonu dəyişdirməsə, məsələ həllsiz qalacaq. Əgər Azərbaycan xarici siyasətində yön dəyişdirsə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini bu ölkənin lehinə həll edəcək. Rusiya buna hazırdır, əvvəlcə Azərbaycan onun maraqlarına cavab verməlidir. Moskva məsələdən mənfəət əldə etməyəcəksə Azərbaycana güzəştə getməyəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00