“Ermənistanın Azərbaycana ehtiyacı var”
Tiqran Sərkisyan: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”
7 Noyabr 2013 12:11 Siyasət"Ermənistan qonşu dövlətlərlə əlaqələrin normallaşmasına ümid edir, bizim buna ehtiyacımız var. Ermənistanın qonşu dövlətlərlə normal əlaqələr qura bilməməsi Dağlıq Qarabağ münaqişəsinin həllsiz qalmasıdır. Minsk Qrupu artıq neçə illərdir ki, konkret nəticə ortaya qoya bilmir" - Ukraynanın "Seqodnya" qəzetinə müsahibə verən Ermənistanın baş naziri Tiqran Sərkisyan belə deyib. T.Sərkisyan bildirib ki, Ermənistan ən azından tez zamanda Türkiyə ilə əlaqələrin istiləşməsinə ümid edir: "Lakin Türkiyə birmənalı şəkildə Azərbaycanın milli maraqlarına cavab verən mövqedən çıxış edir. Türkiyə heç vaxt Ermənistana görə Azərbaycanla uyğun olmayan qərarlar verməyəcək. "Erməni soyqırımı" məsələsi də Türkiyə ilə əlaqələrin qurulmasına əngəl olur. Türkiyə bunu da qəbul etməyəcək. Digər tərəfdən Türkiyə və Azərbaycan bu gün bir millət iki dövlət kimi hərəkət edirlər". ("OLAYLAR" İA)