İsveçrədə enerji təhlükəsizliyi məsələsi müzakirə ediləcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva noyabrın 10-dan 14-dək İsveçrədə səfərdə olacaq. Deputatımız AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında iştirak edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə enerji təhlükəsizliyinin davamlı inkişafda rolu, qlobal iqlim dəyişikliyinə dair Kioto protokolunun müzakirəsi, uşaqlara qarşı cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılacaq. Sevinc Fətəliyeva müzakirə edilən məsələlərə münasibətini bildirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00