Kubanıç Joldoşev: İlham Əliyevin geosiyasi baxışı Şuşa Forumunun iştirakçılarını heyran edib
12:53 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin dünyada cərəyan edən geosiyasi proseslərə baxışı III Şuşa Qlobal Media Forumunun iştirakçılarında böyük maraq doğurub.
"Report"un müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Milli İnformasiya Agentliyi "Kabar"ın media şöbəsinin rəhbəri Kubanıç Joldoşev bildirib.
"Jurnalist kimi, mən həqiqətən təsirləndim. Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüş mənə güclü təsir bağışladı. Onun həm qlobal geosiyasi tendensiyalar, həm də münaqişədən sonra Azərbaycanda bərpa prosesi haqqında fikirlərini eşitmək son dərəcə maraqlı idi. Bu, açıq və dərin bir söhbət idi", - deyə o qeyd edib.
Joldoşev həmçinin vurğulayıb ki, onu xüsusilə Azərbaycanda baş verən müsbət dəyişikliklərin miqyası heyrətləndirib: "Bərpa və yenidənqurma işlərinin, xüsusilə bu işlərin Qarabağda hansı sürət və keyfiyyətlə aparılması bizi səmimi olaraq sevindirdi. Qardaş ölkənin sürətlə inkişaf etməsini və dəyişməsini görmək çox xoşdur".