Prezident İlham Əliyev: İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik. Bu, bizim gündəliyimizdə dayanan əsas prioritetlərdən biridir.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə bildirib.

"COP29-un sədri kimi mən bəyan etdim ki, bizim inkişaf edən kiçik ada dövlətləri ilə xüsusi əməkdaşlıq formatımız olacaq, çünki onlar üçün hədə ekzistensionaldır. Biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, okeanın səviyyəsindən asılıdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31