Prezident İlham Əliyev: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
19 İyul 19:30 Siyasətİstəyirik ki, iqtisadi əməkdaşlıq təşkilatı daha güclü olsun, daha effektiv olsun.
Olaylar xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında qeyd edib.
"Əlbəttə ki, biz ölkələrin potensialını da bilirik, daha fəal olanlar var. O qədər də fəal olmayan digər ölkələr daha çox ikitərəfli formata üstünlük verirlər", - deyən dövlətimizin başçısı bildirib ki, biz çoxtərəfli formatın da işləməsini istəyirik. "Beləliklə, ümid edirik ki, Azərbaycanın göstərdiyi səylər yüksək dəyərləndiriləcək. İndi Azərbaycan sədr kimi öz öhdəliklərini yerinə yetirir. Əminəm ki, bunlar da uğurlu olacaqdır", - deyə Prezident əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31