Media siyasəti cəmiyyətin inkişafına mühüm təsir göstərir
17:51 SiyasətCəmiyyətin inkişafında media xüsusi rola malikdir. Media cəmiyyətin güzgüsüdür. Eyni zamanda xalqın intellektual inkişafına mühüm töhfələr verir, ictimai maarifləndirmə mexanizmini həyata keçirir.
Bu il ölkəmizdə Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur. Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı təsis olunub. O cümlədən, cənab Prezident 2025-ci ilin 25 aprel tarixində "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. Sərancama uyğun olaraq artıq bu istiqamətdə davamlı işlər görülür.
Medianın "Əkinçi"-dən başlayan yoluna nəzər yetirəndə aydın olur ki, Azərbaycan mətbuatı siyasi, sosial və mədəni sferalarda əhəmiyyətli irəliləyişlər əldə edərək zəngin ənənələrə malik güclü bir institut kimi formalaşıb. Ölkəmizdə 22 İyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bu yalnız bir bayram olmaqla kifayətlənmir, eyni zamanda bu şərəfli yolun qəhrəmanlarına ehtiramın və söz azadlığı uğrunda aparılan mübarizənin rəmzidir.
Bütün sahələrdə olduğu kimi, informasiya texnologiyalarının sürətli inkişafı media sahəsinə də təsirsiz ötüşməyib. Bu gün ölkəmizdə çoxsaylı qəzet və jurnallar nəşr olunur, onlayn media və internet qəzetçilik geniş yayılıb. Bu, Azərbaycan jurnalistikasının müasir çağırışlara uyğunlaşma qabiliyyətini və rəqəmsal transformasiyada yerini təsdiqləyir.
Bütün bunların fonunda onu da qeyd etməliyik ki, dövlətimizin tarixində əldə olunmuş mühüm nailiyyətlər milli medianın da qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin əsasında isə peşəkarlıq və qərəzli olmamaq, söz və mətbuat azadlığından sui-istifadə hallarına yol verməməkdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı