Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp

Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındırlar.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və sülh sazişi artıq məqsədə yaxındır", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31