Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verib
18 İyul 21:50 SiyasətPrezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31